ABŞ Prezidenti Donald Tramp ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) korrupsiyalaşmış təşkilat adlandırıb.
Teleqraf.com xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə bildirib.
Prezident deyib: “Mən orada nə fırıldaqların baş verdiyini bilmək istərdim. Kim bu qədər pul xərcləyərdi? Orada saxtakarlıq var, bu, dəhşətlidir. Qəpik-quruşa belə layiq olmayan hər cür qrupa yüz milyonlarla dollar xərclənib".
Dövlət başçısı vurğulayıb ki, məsələ ilə bağlı araşdırmaların mümkün qədər tez başlanmasını istəyir.
Müəllif: Teleqraf.com