Almaniyanın "Bayern Münhen" klubu müdafiəçisi Alfonso Devis ilə müqavilə yeniləyib.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, 24 yaşlı oyunçu müddəti 2030-cu ilə qədər nəzərdə tutulan sazişə qol çəkib.
Onun əvvəlki anlaşması bu ilin yayında başa çatacaqdı.
Qeyd edək ki, Devis 2019-cu ildən "Bayern"in formasını geyinir.