AZ

Qətər Livana elektrik stansiyalarının işini təmin etmək üçün qaz tədarük etməyi planlaşdırır

Qətər Livan hökumətinə əhalinin elektrik enerjisi ilə təmin edilməsi probleminin həllində kömək etmək üçün ölkəyə qaz tədarük etməyi planlaşdırır.

"Report" Qətər XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qətərin hökumət başçısı, xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Tani Livan Prezidenti Cozef Aunla danışıqlar zamanı bildirib.

"Zati-aliləri Qətərin enerji daşıyıcılarının tədarükü və elektrik enerjisi istehsalı üçün qaza olan ehtiyaclarının ödənilməsi yolu ilə Livana dəstək göstərməyə sadiq qaldığını təsdiqləyib", - XİN-in bəyanatında deyilir.

Beyrutda danışıqların yekunlarına dair mətbuat konfransında Məhəmməd bin Əbdülrəhman Al Tani deyib ki, Qətər Livanın yenidən qurulması prosesinə qatılacaq və respublikanın ordusuna dəstək göstərməyə davam edəcək.

Öz növbəsində, Aun Qətərin milli neft-qaz şirkəti "QatarEnergy"ni Fransanın "TotalEnergies" və İtaliyanın "Eni" şirkətləri ilə birlikdə böyük qaz ehtiyatlarının olduğu güman edilən Livanın müstəsna iqtisadi zonasında kəşfiyyat işlərini bərpa etməyə çağırıb. Livanda şelf bloklarında qazma işləri 2023-cü ildə Yaxın Şərqdə gərginliyin artması səbəbindən dayandırılmışdı.

Seçilən
18
1
report.az

10Mənbələr