AZ

Alimlər 2032-ci ildə asteroidin Yerlə toqquşma ehtimalını nəzərdən keçiriblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ və Avropa kosmik agentlikləri 2032-ci ildə Yerlə toqquşa biləcək asteroidi izləyirlər.
Oxu.Az xəbər verir ki, bu barədə BBC yazır.
Qeyd olunur ki, asteroid keçən ilin dekabrında kəşf edilib və "2024 YR4" adlanır. Alimlər toqquşma ehtimalını cəmi 1.3% olduğunu hesab edirlər. Bununla belə, asteroid hazırda planet üçün potensial təhlükəli olan göy cisimləri siyahısında birinci yerdədir və onun Yerə təsiri nüvə bombasının zərbəsi ilə müqayisə oluna bilər.
Avropa Kosmik Agentliyi (ESA) asteroidin 2032-ci il dekabrın 22-də Yer kürəsindən təhlükəsiz məsafədə keçmə ehtimalının 99% olduğunu bildirib. Bununla belə, mümkün toqquşma hələ tamamilə istisna edilə bilməz.
Xatırladaq ki, "2024 YR4" asteroidi ötən il dekabrın 27-də Çilidə teleskop vasitəsilə aşkar edilib. Onun ölçüsünün 40 ilə 90 metr arasında olduğu təxmin edilir.
Seçilən
11
oxu.az

1Mənbələr