Futbol üzrə Almaniya Kuboku uğrunda mübarizədə “Ştutqart” klubu yarımfinala vəsiqə qazanıb.
Teleqraf.com xəbər verir ki, ¼ final mərhələsində “Ştutqart” minimal hesabla öz meydanında “Auqsburq”dan üstün olub – 1:0. Cütün taleyini həll edən yeganə qolu matçın 30-cu dəqiqəsində Deniz Undav vurub.
“Ştutqart” yarımfinalda “Bayer” – “Köln” qarşılaşmasının qalibi ilə qarşılaşacaq.
Müəllif: Teleqraf.com