AZ

İspaniyalı hakimlər "Real Madrid"in hədiyyələrindən imtina ediblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İspaniyalı hakimlər bu ilin yanvarından "Real Madrid"in ənənəvi hədiyyələrindən imtina ediblər.
Oxu.Az "Marca"ya istinadən xəbər verir ki, etiraz aksiyasının başladılmasına Madrid klubunun televiziyasının müntəzəm şəkildə hakimlərin işi haqqında videolar yayımlaması səbəb olub.
Videolarda hər dəfə "Kral klubu"nun xeyrinə olmayan qərarlar şübhə altına alınaraq kəskin tənqid edilir.
Hədiyyələrdən ilk olaraq Səudiyyə Ərəbistanında keçirilən İspaniya Superkuboku matçlarında fit çalan hakimlər - Rikardo de Burqos Benqoeçea və Xesus Xil Mansano imtina ediblər. Ardınca ölkə çempionatı və kuboku oyunlarında idarəçilik edən bəzi hakimlər də eyni addımı atıblar.
Yerli KİV-lərin bildirdiyinə görə, bu aksiya yalnız hakimlərin təşəbbüsü ilə keçirilir. Yəni İspaniya Kral Futbol Federasiyasının Hakimlər Komitəsinin mövqeyi ilə heç bir əlaqəsi yoxdur, həmçinin qurumla razılaşdırılmayıb.
Qeyd edək ki, bir çox ölkələrdə uzun illərdən bəri hakimlərə klub rəmzlərinin verilməsi ənənəsi var. Sözügedən hədiyyələr adi nişanlar, vımpellər, dəsmallar və loqolu köynəklər kimi bahalı olmayan əşyalardır.
Seçilən
13
oxu.az

1Mənbələr