Ermənistan hökuməti ümid edir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası Cənubi Qafqazda sülhün əldə olunması üçün daha çox səy göstərəcək.
APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Atlantik Şurada çıxışı zamanı deyib.
“Prezident Trampın seçki kampaniyasını izləyərkən sülh gündəminin onun üçün çox vacib olduğunu gördük”, - hökümət başçısı vurğulayıb.