AZ

Vaşinqtondakı təyyarə qəzasında həlak olanların hamısının meyitləri dalğıclar tərəfindən tapılıb

Vaşinqtonda təyyarə qəzasında həlak olan 67 nəfərin bütün meyitləri xilasetmə qrupları tərəfindən tapılıb və sudan çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Qalan cəsədlər təyyarənin quyruq və burun hissələri Potomak çayının dibindən qaldırılarkən aşkar edilib.

Hazırda mütəxəssislər 66 qurbanın cəsədlərini müəyyən edə biliblər.

Xatırladaq ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus helikopterlə toqquşub.

Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirən təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Qəzadan sonra təyyarə Potomak çayına düşüb.

Seçilən
11
1
report.az

2Mənbələr