AZ

Olaf Şolts "Almaniya üçün Alternativ" partiyası ilə əməkdaşlığa qəti şəkildə qarşıdır

Bakı. Trend:

Almaniya Kansleri Olaf Şolts "Almaniya üçün Alternativ" (AfD)partiyası ilə hər hansı əməkdaşlığa qəti şəkildə qarşı çıxdığınıbildirib.

Trend-in DPA-yaistinadən verdiyi məlumata görə, o, Xristian Demokrat və XristianSosial İttifaqları (XDİ/XSİ) mühafizəkar bloku ilə mümkünkoalisiyanın yaradılmasını istisna etməyib.

Şolts, Rur bölgəsinin şimalında yerləşən Marl şəhərindəseçkiqabağı tədbirdə çıxış edərkən bildirib ki, onun mövqeyi hərzaman aydın olub: "AfD ilə heç bir əməkdaşlıq olmamalıdır", - deyəo qeyd edib.

Kansler həmçinin vurğulayıb ki, digər siyasi qüvvələrləkoalisiya qurulması "çətin və mürəkkəb" olsa da, buna nəzərdənkeçirmək olar. Şolts, bu məsələnin yalnız seçicilərin necə səsverdiyi məlum olduqdan sonra qərar veriləcəyini qeyd edib. O, XDİvə XSİ-nin seçkilərdən sonra Kansler İdarəsində yer tutmaq üçünAfD-yə arxalana biləcəyi barədə yenidən xəbərdarlıq edib.

Seçilən
10
az.trend.az

1Mənbələr