AZ

Ebru Şallıdan keçmiş həyat yoldaşı Uğur Akkuş barədə şok açıqlama: Öldürməklə hədələyir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məşhur aktrisa və model Ebru Şallı boşanma prosesi davam edən keçmiş həyat yoldaşı Uğur Akkuş tərəfindən hədələnir.
Oxu.Az-ın verdiyi məlumata görə, aktrisa bu barədə özünün "Instagram" hesabından xəbər verib.
Ebru Şallı bildirib ki, son üç ay ərzində Uğur Akkuş ona, ailəsinə və yaxın ətrafına narahatedici mesajlar göndərir, sosial media üzərindən böhtanlar atır və hətta ölümlə hədələyir. Bu hadisə onu və ətrafını dərindən yaralayır.
44 yaşlı aktrisa qeyd edib ki, hüququn aliliyinə inanır və bütün hüquqi addımları atıb.
"Qoruma qərarı, prokurorluq şikayətləri və boşanma davası daxil olmaqla lazımi hüquqi prosedurları davam etdirirəm", - deyə o bildirib.
Ebru Şallı ətrafındakılara yönəlmiş hər hansı yanlış məlumata etibar edilməməli olduğunu da vurğulayıb.
Seçilən
7
oxu.az

1Mənbələr