AZ

İlon Maskın rəhbərlik etdiyi DOGE ABŞ Təhsil Departamentində auditlər aparır

Bakı. Trend:

Amerikalı sahibkar İlon Maskın rəhbərlik etdiyi ABŞ HökumətininEffektivliyi Departamentinin (DOGE) əməkdaşları ABŞ TəhsilDepartamentində auditlər aparır.

Trend-in New YorkTimes-a istinadən verdiyi məlumata görə, bu proses nəticəsində dahaçox ixtisarların olacağı gözlənilir.

"Yəqin ki, siz bilirsiniz ki, DOGE komandası hazırda buradadır,prezident Donald Trampın federal bürokratiyanı islahat etmək üçünAmerika xalqına verdiyi vədi yerinə yetirmək üçün çalışır", – deyəTəhsil Katibinin Vətəndaş Hüquqları üzrə köməkçisi vəzifəsini icraedən Kreyq Treynor işçilərlə görüşdə bildirib.

Nəşrin yazdığına görə, Maskın komandasının bu nazirlikdəfəaliyyət göstərməsi onun Amerika hökumətində təsirini daha dagücləndirdiyini göstərir.

Bundan əlavə, Treynor qeyd edib ki, ABŞ Təhsil DepartamentininMülki Hüquqlar Bürosu indi federal maliyyələşdirilən məktəblərdəantisemitizm halları ilə bağlı araşdırmalara xüsusi diqqətyetirəcək.

Seçilən
12
az.trend.az

1Mənbələr