Hazırda Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsir.
“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin fevralın 5-i saat 8:00 olan məlumatına əsasən küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq 21 m/s təşkil edir. Axşam saatlarında külək bir qədər mülayimləşsə də, 6-sı səhərdən yenidən güclənəcək.