1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Paytaxtda və Abşeron yarımadasında müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Fevralın 5-i, saat 08.00-a olan məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsir. Küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq 21 m/s təşkil edir. Axşam saatlarında külək bir qədər mülayimləşsə də, 6-sı səhərdən yenidən güclənəcək.