AZ

Mask ABŞ Təhsil Departamentində araşdırmalara başlayır

ABŞ-nin Hökumətin effektivliyinin artırılması üzrə departamentinin (DOGE) əməkdaşları Təhsil Nazirliyində araşdırmalara başlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə "The New York Times" yazıb.

Nəşr qeyd edib: “Yəqin, siz bilirsiniz ki, DOGE komandası hazırda buradadır (Təhsil Nazirliyində - red.) və Prezident Trampın Amerika xalqına federal bürokratiya sistemində islahatlarla bağlı vədini yerinə yetirməyə çalışır”.

Bildirilir ki, Mask və komandası növbəti dəfə ABŞ hökumətindəki mövqelərini gücləndirmək niyyətindədirlər.


Müəllif: Teleqraf.com
Seçilən
26
teleqraf.com

1Mənbələr