Döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələri 45,1 min insan itirib, 390 minə yaxın yaralı qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində yayımlanan müsahibədə deyib.
"Dəqiq rəqəmlər bizim üçün çox vacibdir", - deyə dövlət başçısı vurğulayıb.
Ukrayna Prezidenti yaralıların sayının daha çox olduğunu qeyd edib. “Çünki yaralanan, sonra döyüş meydanına qayıdan və yenidən yaralananlar var”, - deyə Zelenski izah edib.