Türkiyənin məşhur aktyorları Belçim Bilgin ve Mehmet Günsür 14 il aradan sonra eyni layihədə rol almağa başlayıblar.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar “Annem Ankara” serialında bir araya gəliblər.
Aktyorlar sonuncü dəfə 2011-ci ildə “Aşk Tesadüfleri Sever” filmində tərəf müqabili olublar.
Qeyd edək ki, “Annem Ankara” serialının baş rolları Bergüzar Korel və Mehmet Günsür canlandırır. Belçim Bilgin isə seriala “Sevinç” obrazı ilə daxil olub.
![](https://qafqazinfo.az/uploads/1738728039/WhatsApp-Image-2025-02-04-at-20.50.16-1.jpeg)
![](https://qafqazinfo.az/uploads/1738728039/MV5BNTI2YjY1ZTYtNTRiZi00ZDliLWEyNWItZTc3NWZkOGYzYzk2XkEyXkFqcGc@._V1_.jpg)