AZ

Avtomobilinizdə pas gördüyünüz zaman nə edə bilərsiniz?

Avtomobilin kuzovunun korroziyası avtomobillərin əsas problemlərindən biridir. Hətta yaxşı baxılan avtomobilin bir sıra detalları paslanmış ola bilər.

Korroziyanın ilk əlamətlərini görsəniz nə etməli? 

Avtomobilin gövdəsi korroziya ilə artıq ciddi zədələnmişsə, bəzi hallarda təmir faydasızdır – bütün element dəyişdirilməlidir. Ancaq pasın ilk izlərini görsəniz, problemi özünüz həll edə bilərsiniz. Xatırlamaq lazım olan əsas şey odur ki, problemi nə qədər tez həll etsəniz, gövdəyə daha az ziyan dəyəcək və təmir xərcləri bir o qədər az olacaq.

Kiçik çuxur korroziyası (əgər çox azdırsa) pas çıxardıcıdan istifadə etməklə həll edilə bilər. Onlar “aktiv” və “neytral” ola bilər. Peşəkar deyilsinizsə, ikincisini istifadə etmək daha yaxşıdır. Çünki “aktiv” kompozisiyalar sink örtüyünü məhv edə bilən turşu ehtiva edir. “Neytral” təmizləyicilər daha az təsir edir.

Pas çeviricilərinin üstünlüyü ondan ibarətdir ki, onlar zədələnmiş dəmirlə reaksiyaya girərək səthdə kimyəvi cəhətdən inert təbəqə əmələ gətirirlər. Sonra sahə təmizlənməli, astarlanmalı və rənglənməlidir. Pas çox kiçik olsa xalq arasında “fıs-fıs boya” kimi tanınan rəngdən də istifadə etmək olar.

Seçilən
17
azpost.info

1Mənbələr