Bu gün Azərbaycan Kubokunda 1//4 final mərhələsinə start veriləcək.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. “Neftçi” Tovuzda “Kəpəz”lə üz-üzə gələcək.
Digər matçda “Sabah” “Sumqayıt”ı qəbul edəcək.
Mərhələnin digər oyunları sabah baş tutacaq.
Azərbaycan Kuboku
1//4 final mərhələsi, ilk oyunlar
5 fevral
16:00 “Kəpəz” – “Neftçi”
Baş hakim: İnqilab Məmmədov
Tovuz şəhər stadionu
18:30 “Sabah” – “Sumqayıt”
Baş hakim: Əliyar Ağayev
“Bank Respublika Arena”