"Dövlət Məşğulluq Agentliyi" publik hüquqi şəxs "Dövlət Məşğulluq Agentliyinin Aparatı üçün ofis sahəsinin icarəsi xidmətinin satınalınması" üzrə tenderi yekunlaşdırıb.
Marja.az xəbər verir ki, tenderdə qalib Gülnarə Sultan qızı İbadovadır. Onun təklifinin qiyməti 1 milyon 499 min manatdır. Ehtimal olunan qiymət 1 milyon 543 min manat idi.
İcarəyə götürülən ofisin sahəsi 8335 kvadrat metrdir.
Dövlət Məşğulluq Agentliyi Aparatı Bakı şəhəri, Salatın Əsgərova küç., 85 ünvanında yerləşir.