![Təyyarə](/uploads/posts/2025-02/te-q.png)
Xilasedicilər Vaşinqtonda qəzaya uğrayan təyyarədəki 67 nəfərin hamısının cəsədini aşkar ediblər.
Reyting.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.
Məlumata görə, axtarış-bərpa işlərinə nəzarət edən rəsmilər 66 nəfərin qalıqlarının şəxsiyyətinin müəyyən edildiyini bildiriblər.
Xatırladaq ki, Amerika Hava Yollarına məxsus sərnişin təyyarəsinin Vaşinqton səmasında hərbi helikopterlə toqquşması son 20 ildə ABŞ-da ən çox ölümə səbəb təyyarə qəzası baş verib.
V. QULİYEV