Arabika və Robusta qəhvəsinin dünya qiymətləri artmaqda davam edir.
News24.az xəbər verir ki, buna səbəb istehsalçılar pis hava şəraiti səbəbindən məhsul məhsuldarlığının azalacağından ehtiyat edirlər.
Belə ki, Arabica fyuçersləri Nyu-Yorkda 1,9% bahalaşaraq fun 3,88 dollar olub. Bloomberg qeyd edir ki, ticarət zamanı kotirovkalar bir funt üçün 3,89 dollara yüksəlib.
İlin əvvəlindən qəhvə 21%, son bir ildə isə iki dəfədən çox bahalaşıb.
Treyderlər dünyanın ən böyük Arabica istehsalçısı olan Braziliyadan tədarükün mümkün azalmasından narahatdırlar. Braziliyalı təchizatçı Comexim Ltda. Arabica və Robusta istehsalının 2025-2026 məhsul ilində azalacağını bildirib.
Ağa Dadaşzadə