AZ

USAID işçilərini inzibati məzuniyyətə buraxacaq

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) “kritik missiyası” olmayan, “əsas liderlik” rolunda olmayan və xüsusi təyin olunmuş proqramlara cavabdeh olmayan kadrların fevralın 8-dən etibarən inzibati məzuniyyətə göndəriləcəyini açıqlayıb.

İki sahil” xəbər verir ki, bu barədə son zamanlar Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın ittihamları ilə gündəmə gələn USAID öz internet səhifəsində məlumat yayıb.

Bəyanatda işə davam edəcəyi gözlənilən personalın sabah axşam saatlarında məlumatlandırılacağı, ABŞ-dan kənarda çalışan USAİD əməkdaşlarının geri qaytarılması üçün planların hazırlandığı bildirilib.

ABŞ Konqresinin Tədqiqat Xidmətinin 2025-ci ilin yanvarında dərc edilmiş hesabatına əsasən, USAID-in 10 000-dən çox əməkdaşının təxminən üçdə ikisi 60-dan çox ölkədə və regional missiyalarda xaricdə xidmət edir.

ABŞ Prezidenti Donald Tramp vəzifəyə başladıqdan dərhal sonra - yanvarın 21-də xarici yardım haqqında sərəncam imzalayıb.

Fərmanda ABŞ-ın xarici inkişafa yardım proqramlarına cavabdeh olan bütün nazirlik və qurumların xarici ölkələrə ödənişlərini kəsəcəyi və proqramın ABŞ-ın xarici siyasətinə uyğunluğunun qiymətləndirilməsi üçün 90 günlük araşdırma müddətinin başlandığı qeyd edilib.

ABŞ Dövlət Departamenti də yanvarın 27-də departament və USAİD tərəfindən maliyyələşdirilən bütün xarici yardımların dayandırıldığını açıqlayıb.

DOGE-nin rəhbəri Elon Musk da keçən həftə USAİD inzibatçıları ilə bağlı problemlərə görə işçilərin “inzibati məzuniyyətə” verildiyini və agentliyin sosial media hesablarının bağlandığını açıqlayıb.

Daha sonra prezident Tramp və Mask USAID-in bağlanması barədə bəyanatlar veriblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
2
ikisahil.az

1Mənbələr