Bakı. Trend:
"Milan" İngiltərənin “Çelsi” klubundan portuqaliyalı hücumçuJoao Feliksi transfer edib.
Trend-inməlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumatyayıb.
Razılaşmaya əsasən, futbolçu mövsümün sonuna kimi “Milan”ınşərəfini qoruyacaq. Transfer müqaviləsinə əsasən, İtaliyatəmsilçisi “Çelsi”yə 5,5 milyon avro ödəniş edəcək.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü Joao Feliks bu mövsüm“Çelsi”nin heyətində keçirdiyi 20 matçda 7 qol vurub və 2 məhsuldarötürmə ilə yadda qalıb.