AZ

Qənaət etmək üçün alış-veriş zamanı diqqət edilməli 12 məsləhət

Ərzaq alış-verişinə getdiyiniz zaman alacağınız bir çox şey mağazaya girərkən ağlınıza belə gəlmir. Amma marketdə gəzərkən gördüyünüz çox şeyləri, o anda ehtiyacınız olmasa belə, onlara sahib olmaq üçün alırsınız. Xüsusilə meyvə-tərəvəzdən söz düşəndə bu məhsullar soyuducuda unudulur, xarab olur və tullanır. Təbii ki, bu məhsullara ödədiyiniz pul da zibilliyə getmiş olur. Xoşbəxtlikdən, bu vəziyyətdən çıxmaq və alış-verişinizi daha şüurlu etmək üçün tətbiq edə biləcəyiniz bəzi taktikalar var. Bu taktikalar sayəsində ərzaq alış-verişinizi daha qənaətli etmək də mümkündür. 

Valyuta.az alış-veriş edərkən necə qənaət edəcəyinizlə bağlı bir neçə məsləhət təqdim edir.

Yalnız təzə meyvə və tərəvəz alın

Mövsümdə şirəli və hormonsuz çiyələk yemək həzzini çox az şey verə bilər. Təzə çiyələk yeməyin müəyyən xərci var. Ancaq büdcənizi düşünmək məcburiyyətindəsinizsə, daha çox dondurulmuş tərəvəz və meyvələr ala bilərsiniz. Təzə və dondurulmuş tərəvəz və meyvələr arasında qidalanma, vitaminlər, protein və s. ilə bağlı heç bir fərq yoxdur. Türk əsilli amerikalı həkim Mehmet Özün sözlərinə görə, vitaminlər və digər qida fermentləri donma zamanı yox olmur. Beləliklə, dondurulmuş noxud, dondurulmuş çiyələk, dondurulmuş pomidor almaqla bağlı heç bir şübhəniz olmasın.

Mövsümünə uyğun olmayan meyvə-tərəvəz almaq

Fevral ayında albalı almaq məsələsindən danışırıq... Əgər canınız bir kilo albalıya 50 manat verməyə razıdırsa, almanızda heç bir problem yoxdur. Lakin büdcənizi nəzərə alaraq, yalnız mövsümə uyğun tərəvəz və meyvə almanız daha məsləhətlidir. Bu da yalnız qışda qış meyvələri, yayda isə yay meyvələri almaqla mümkündür.

Sümüklü ət almaq

Ət alarkən qiymətləri iki dəfə yoxlamaq faydalıdır. Məsələn, 1 kilo sümüklü ət alanda nəzərə almaq lazımdır ki, yalnız ət deyil, həm də yağ və sümük alacaqsınız. Bu səbəbdən ət alarkən hansı əti seçməli olduğunuzu nəzərə alaraq alışveriş etməlisiniz.

Vitrinlərdə gözünüzün rahat gördüyü məhsulları almaq

Marketlərin bir satış texnikasıdır bu. Göz hizasında ən bahalı məhsullar yerləşdirilir. Yəni, eyni növ 3 fərqli düyü markası varsa, göz hizasında olan düyü paketi 5X qiymətində ola bilər, halbuki ayaq hizasında olan düyü paketi 4X manatdır. İnsanlar əyilməkdə çətinlik çəkdiyi üçün, əksər hallarda göz hizasında olan, yəni daha bahalı olan məhsulu alırlar.

Yalnız müəyyən markalara fokuslanmaq

Yalnız müəyyən markaların məhsullarını almaq və alternativ markaları görməməzlikdən gəlmək, daha çox pul xərcləməyinizə səbəb ola bilər. Zaman-zaman fərqli marketləri gəzərək, internetdən və broşürlərdən marketlərin qiymətlərini müqayisə etməlisiniz.

Beləliklə, ən uyğun məhsulu ala bilərsiniz və eyni məhsul üçün 50 qəpik daha çox ödəməyəcəksiniz. 50 qəpik əhəmiyyətsiz görünə bilər, amma 10 ədəd məhsul alanda 50 qəpik kifayət qədərdir. Bu pulu niyə israf etməyi düşünürsünüz?

Toyuğun yanlış hissəsini almaq

Toyuq döşü əla bir protein qaynağıdır, amma dadında fərq olmadan eyni proteini toyuq budundan da ala bilərsiniz. Bud daha ucuz olduğu üçün, növbəti toyuq alış-verişinizdə bu məsləhəti tətbiq edərək qənaət edə bilərsiniz.

Siyahı yaratmamaq

Marketdə gəzərkən ehtiyacınız olmasa belə, sizi maraqlandıran və qablaşdırması xoşunuza gələn əşyaları ala bilərsiniz. Biz hamımız zaman-zaman bu səhvə yol veririk. Amma marketə gedəndə mütləq əlinizdə və ya telefonunuzda bir siyahı olmalı və bu siyahıya uyğun hərəkət etməlisiniz. Yəni mağazaya gedib süd, pomidor və qabartma tozu alacağınızı düşünüb, cipsi, alışqan, ananas və qazlı içki alıb çıxa bilərsiniz.

Yanlış zamanda alış-veriş

Yorğun, qəzəbli, ac və ya stresdə olduğunuz zaman alış-veriş etməməyə diqqət edin. Beyninizin və bədəninizin daha güclü olduğu saatlarda alış-veriş etsəniz, yağlı qidalara daha az maraq göstərəcək və siyahınızdan kənara çıxmadan alış-veriş edəcəksiniz.

Ac olduğunuz zaman alış-veriş etmək

Əvvəlki yazıda da qeyd etdiyimiz kimi, hər kəsin bildiyi, lakin bəzən unutduğu bir səhv var, ac olanda alış-veriş etmək. Marketdə ac gəzərkən gördüyün hər şeyə can atıb çoxlu lazımsız şeylər alırsan. Məsələn, evdə ketçup olanda gedib manqal sousu alırsan. Soyuducuda qiymə varkən gedib dondurulmuş küftə alırsan. Belə səhvlərə yol verməmək və büdcəni sarsıtmamaq üçün yeməkdən sonra alış-verişə getməyi məsləhət görürük.

Çox tez-tez alış-veriş etmək

Həftədə bir dəfə alış-veriş etmək idealdır. Həftədə 2-3 dəfə bazara getsəniz, lüzumsuz xərcləmə ehtimalınız var. Bazar günlərini alış-veriş günləri hesab etsək, marketə getdiyiniz zaman 6 gün üçün kifayət qədər ərzaq almalı, həftədə nə qədər yemək yediyinizi, nə qədər inqrediyentə ehtiyacınız olduğunu əvvəlcədən planlaşdırmalısınız.

Böyük səbət götürülməsi

Səbətiniz büdcənizdən böyükdürsə, kiçik bir səbət götürməlisiniz. Araşdırmalar göstərir ki, daha böyük səbətlər götürən insanlar daha çox şey almağa meyillidirlər. Çünki səbət böyük olanda son anda ağlına gələn məhsulları bu səbətə yerləşdirmək mümkündür. Həmçinin mən böyük səbət götürmüşəm, iki kiçik şey necə alım, kassir gülər kimi fikirlərə düşə bilərsiniz.

Kassada gözləyərkən alış-veriş etmək

Ərzaq dükanında növbə gözləyərkən kassanın kənarında saqqız, şokolad, içki kimi əşyalar görəcəksiniz. Xüsusən də növbə uzundursa, bu şeylərdən bir neçəsini səbətinizə əlavə edə bilərsiniz. Bu səbəbdən marketlərdəki avtomatik ödəmə yerlərində (Migrosda Jet Kasa) növbə gözləmədən kredit kartı ilə ödənişinizi edə bilərsiniz.

Davud

Seçilən
17
20
valyuta.az

10Mənbələr