![Paytaxt](https://1news.az/images/2025/02/05/20250205085845840/thumb.jpg?2025-02-05+09%3A00%3A08)
Paytaxt Bakıda küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq 21 m/s təşkil edir.
Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
"Fevralın 5-i, saat 08.00 -a olan məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsir. Küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq 21 m/s təşkil edir. Axşam saatlarında külək bir qədər mülayimləşsə də, 6-sı səhərdən yenidən güclənəcək.", – məlumatda qeyd olunub.