AZ

"Niva"da nasazlıq AŞKARLANDI - İşlər pulsuz həyata keçiriləcək

Rusiyanın avtomobil istehsalçısı “AvtoVAZ” “Lada Niva Travel” yolsuzluq avtomobilləri üçün servis kampaniyası keçirir.

Avtosfer.az “Lada.Online” portalına istinadən xəbər verir ki, buna səbəb avtomobillərin əyləc sistemində problemin aşkar edilməsidir.

Bildirilir ki, sözügedən avtomobil sahibləri “Lada” avtomərkəzi ilə əlaqə saxlayaraq əyləc idarəedici qolunu dəyişdirə bilərlər.

“Lada” avtosalonlarından birinin menecerinin portala verdiyi məlumata görə, əvvəlkinin əvəzinə quraşdırılacaq idarəedici qol daha etibarlıdır.

Qeyd olunur ki, avtomobil sahibləri üçün bütün işlər pulsuz həyata keçiriləcək.

 

Namiq Musayev

Seçilən
9
avtosfer.az

1Mənbələr