İndoneziya sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 101 min nəfərin yaşadığı Ternate şəhərindən 99 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 103 km dərinlikdə olub.
Hazırda itki və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
Bizim.Media