AZ

Zelenski müharibənin dayandırılması üçün şərtini açıqladı

Müharibəyə son qoymaq üçün danışıqlar masasında Ukrayna və Rusiya ilə yanaşı, ABŞ və Avropa İttifaqı da olmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Dövlət başçısı Ukraynanın müharibənin qaynar mərhələsinə son qoymağa hazır olduğunu, amma dünyada heç kimin sülh istəmədiyini bildirib.

“Trampın bu prosesdə uğur qazanmaq istədiyinə inanırıq, uğur sağlam düşüncənin qələbəsidir. Bu, müharibənin qaynar fazasının başa çatması və şübhəsiz ki, Ukrayna üçün etibarlı təhlükəsizlik təminatları deməkdir”, - Zelenski qeyd edib.

Prezident həmçinin hesab edir ki, Rusiyaya qarşı sanksiyaların ləğvi ancaq onun qoşunlarının Ukraynaya yenidən müdaxiləsi riskini artıracaq.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
4
teleqraf.com

1Mənbələr