Atəşkəsin daimi olması üçün bütün dünya səfərbər olmalıdır. Xüsusilə İsraili dəstəkləyən ölkələr atəşkəsin daimi olmasına zəmanət verməlidir.
Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyə parlamentinin sədri Numan Qurtulmuş deyib.
“Atəşkəsin daimi olması üçün daha neçə onmin günahsız fələstinlinin öldürülməsi lazımdır? Təəssüf ki, bəşəri dəyərlərdən uzaq olan belə bir yanaşma dəstəklənə və ya davam etdirilə bilməz. Bu sülhün daimi olması bütün dünyanın ümumi məqsədi olmalıdır. Mən bunu ölkələr arasında fərq qoymadan deyirəm”, - Qurtulmuş qeyd edib.