Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT), "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilən “QHGT Gənclər Həftəsi” adlı tədbir davam edir.
QHT.az xəbər verir ki, tədbirin dördüncü günü diplomat və COP29-un Paris Sazişinin 6-cı maddəsi üzrə danışıqçısı Maqsəd Hüseynovun rəhbərliyi ilə keçirilən sessiya ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) şöbə müdiri Ramil Əzizov mina təhlükəsi və mina qurbanlarına yardım mövzuları ilə bağlı iştirakçıları məlumatlandırıb. Tədbirin ikinci hissəsində ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun baş elmi işçisi Həcər Hüseynova tərəfindən davamlı su idarəetməsi, bu günün və gələcəyin su ehtiyaclarını qarşılamaq strategiyalarına həsr olunmuş sessiya keçirilib.
Heydər Əliyev Mərkəzinə təşkil olunan turla yekunlaşdı. Tur zamanı iştirakçılar Azərbaycanın tarixini və mədəni irsini əks etdirən müxtəlif sərgilərlə tanış oldular.