AZ

Xalq artisti efirlərlə vidalaşdı: “Bu hissi içimdə öldürüblər, səhhətim də…” – FOTO

“Mənə elə gəlir ki, bundan sonra efirlərə getməyəcəm. Artıq bu qəti qərarımdır. Həmişə çox işləmişəm. Getmişəm, qaçmışam, gətirmişəm. Məsələ səhhətimdə də deyil.. Həvəs yoxdur artıq. Mənə heç nə maraqlı deyil. Bu hissi ya içimdə öldürüblər, ya da incəsənət elə yerə gəlib çıxıb ki, heç kəs, heç kəslə maraqlanmır. Hər zaman formada olmuşam. Bu gün durub efir üçün özümə əl gəzdirməyə, baxmağa belə həvəsim yoxdur. Bəzən özüm-özümü tənqid edirəm ki, nəyə görə belə olmuşam? Bu yerə gətirib çıxarıblar bizi. Mən illərlə radioda, televiziyada, kinostudiyada dublyajda işləmişəm”

Bunu Medianews.az-a açıqlamasında xalq artisti Əminə Yusifqızı deyib.

Xalq artisti efirlərlə vidalaşdı: <span style=color:red>“Bu hissi içimdə öldürüblər, səhhətim də...” - FOTO

O daha sonra əlavə edib:

“Çox düşüblər Mədəniyyət Nazirliyinin üstünə. Nazirlik axı nə etsin? Hər şey qurtarıb! Nöqtə! Güc-bəla ilə heç nə ola bilməz. Camaatın indi marağı da yoxdur ki, kimisə sevsin, ona pərəstiş etsin. Hamısı itib. İncəsənətə maraq belə yoxdur. İnsanları maddiyat maraqlandırır, mənəviyyat yox. Bu gün “Azərbaycanfilm” kinostudiyasına baxıb deyirəm ki, yazıq kinostudiya! Mən axı uzun illər kinostudiyada ştatda olmuşam. Adil İsgəndərov direktor olduğu illərdə. O özü dedi ki, sən gərək burada ştatda olasan. Çünki mən teatrdan da çıxmışdım. İndi də ora getsəm bilirəm ki, hardan gedib, hardan çıxacam? Onun bütün qapılarını, girişlərini, çıxışlarını tanıyıram. O qədər ki, mən orada can qoymuşam. Evdən səhər çıxardım, axşam qayıdardım. Mənim üçün orada xüsusi yeməklər hazırlayırdılar. Çünki bilirdilər ki, ümumi yeməkdən yeməyəcəm. Kinostudiyanın binası böyükdür, ucu-bucağı görünməyən yerdir. 1 otaq deyil, 2 otaq deyil. Oranı təmir etmək üçün yenidən bağlamaq lazımdır ki, bəlkə də yaxşı görkəmə gətirsinlər. Bunu da çoxu edə bilmir” deyə sənətkar bildirib.

Xalq artisti efirlərlə vidalaşdı: <span style=color:red>“Bu hissi içimdə öldürüblər, səhhətim də...” - FOTO

Xalq artisti efirlərlə vidalaşdı: <span style=color:red>“Bu hissi içimdə öldürüblər, səhhətim də...” - FOTO

Xalq artisti efirlərlə vidalaşdı: <span style=color:red>“Bu hissi içimdə öldürüblər, səhhətim də...” - FOTO

Əli ƏSGƏR

Seçilən
2
medianews.az

1Mənbələr