AZ

Azərbaycan Kuboku: "Neftçi" və "Sabah" 1/4 final mərhələsində ilk oyuna çıxır

"Neftçi" və "Sabah" futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində bu gün ilk oyunlarını keçirəcəklər...

"Report"un məlumatına görə, "ağ-qaralar" "Kəpəz"in qonağı olacaq.

Qarşılaşma Tovuz şəhər stadionunda, saat 16:00-da start götürəcək. Tərəflər arasında cavab matçı fevralın 28-də baş tutacaq.

Günün ikinci oyununda isə "Sabah" "Sumqayıt"ı qəbul edəcək. Görüş saat 18:30-da başlayacaq. Cavab oyunu fevralın 27-də keçiriləcək.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

5 fevral

16:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Nicat İsmayıllı.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu

18:30. “Sabah” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Bank Respublika Arena”

Qeyd edək ki, 1/4 final mərhələsinin digər ilk oyunları fevralın 6-da keçiriləcək.

Poliqon.info

Seçilən
0
6
poliqon.info

7Mənbələr