“Alatoranlıq” filminin ulduzu, Hollivud aktyoru Robert Pattinson və onun model həyat yoldaşı Syüki Uoterhaus ilk dəfə 10 aylıq qızları ilə birlikdə görüntüləniblər.
OLAY yazır ki, məşhur ailə gəzintində olan zamanı paparatsiyaların obyektivinə tuş gəlib.
Ailə övladına yemək vermək üçün dayandıqları küçə kafesində masanın başında dayanıb.
Fotoqraflar aktyorun lentə alındığından xəbərsiz qızı ilə ünsiyyətdə olarkən lentə alıblar.
38 yaşlı Pattinson övladınını qucağına alıb oyuncaqla əyləndirib, gülməli üz ifadələri edib və hətta özü onu qaşıqla yedizdirib. 33 yaşlı Syüki də qızının əyləncəsində iştirak edib, bir anda onu çiyinlərinə qaldırıb.
Qeyd edək ki, Robert Pattinson və Syüki Uoterhausun valideyn olması xəbəri ötən ilin yazında məlum olub.
Pattinson 2018-ci ilin yayında Syüki ilə görüşməyə başlayıb və 2024-cü ilin iyununda cütlüyün gizli şəkildə evləndiyi məlum olub.