AZ

Ayı təlatümə salan toqquşma: 3.8 milyard illik sirr çözüldü

Yeni araşdırma göstərir ki, təxminən 3.8 milyard il əvvəl bir asteroid Aya çırpıldıqdan sonra onun uzaq tərəfində iki nəhəng kanyon əmələ gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Independent” yazır.

Tədqiqat zamanı məlum olub ki, asteroid saniyədə təxminən 1 kilometr sürətlə hərəkət edib. Kosmik cisim Aya raket kimi çırpılıb, cəmi 10 dəqiqə ərzində Arizonadakı (ABŞ) Böyük Kanyonla müqayisə edilə bilən iki kanyon əmələ gətirib.

“Bu, çox təlatümlü və dramatik geoloji proses olub”, - tədqiqatın aparıcı müəllifi, ABŞ-nin Ay və Planet İnstitutundan Devid Krinq deyib.

Krinq və komandası asteroidin eninin 25 kilometr olduğunu və bu iki kanyonun əmələ gəlməsi üçün tələb olunan enerjinin dünyanın hazırkı nüvə arsenalından 130 dəfə çox olduğunu üzə çıxarıb.

Materialda vurğulanır ki, asteroidin qalıntıları təkcə Ay yox, həm də Yer kürəsinin mənşəyinə işıq salmağa kömək edə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
2
teleqraf.com

1Mənbələr