Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədarəhaliyə müraciət edib.
Nazirlikdən Trend-ə bildirilib ki, Milli HidrometeorologiyaXidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisindətemperaturun bir neçə dərəcə enərək soyuq, qeyri-sabit və yağıntılıhava şəraitinin müşahidə ediləcəyi, dağlıq və dağətəyi rayonlardaqar yağacağı, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı,bəzi yolların buz bağlayacağı və ayrı-ayrı yerlərdə güclü küləkəsəcəyi proqnozlaşdırılır.
Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyəmüraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməletməyə çağırıb.
"Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrikqızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəbolduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelənasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz vəelektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğın vəya partlayışla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yaradabilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsullahazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrikşəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olanqızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazlarınbilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelərsaxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına(tövsiyələrinə) uyğun istifadə edilməlidir.
Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə dədağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti iləbağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havadamümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurətyarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədənməlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texnikigöstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaqehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və beləbir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici vəqadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunuehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi,günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyitövsiyə edirik.
Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı vəmüvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq,elektrik dirəyi və naqillərinin, hündür ağacların altındadayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verənyanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərəalaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarınaxüsusilə ciddi riayət edilməlidir", - məlumatda deyilir.