AZ

Mask ABŞ-ı hara aparır? - TƏHLİL

Elon Maskın təyinatı Amerika kimi dövlətin sabitliyinə ciddi risk yaradacaq. 2 trilyon dollarlıq aqressiv ixtisar təklifləri bu riskin ilkin işartısıdır . Ona görə ki, sahibkarliq və dövlət idarəçiliyi fərqli bacariqlar tələb edir. Kimsə yaxşı biznes idarəedicisi olubsa və bir şirkəti uğura apara bilibsə, bu onun makro uğur qazana biləcəyi demək deyil. Dünyanın əksər ölkələrində bu fakt öz təsdiqini tapır. Hansısa bir biznesdə uğurlu idarəçi olan birini gətirib yüksək dövlət məmuru təyin edəndən sonra özünü doğrultmur. Əksinə aləmi bir-birinə qatıraq, problemləri artırır”.

Bunu News365.az –a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki,  dövlət maliyyəsi və büdcə idarəçiliyi özəl sektor idarəçiliyindən köklü şəkildə fərqlənir:

“Sahibkarlar bazar şərtlərinə uyğun çevik qərarlar verir, lakin dövlət idarəçiliyi mürəkkəb bürokratik proeslərə əsaslanır və sosial məsuliyyət daşıyır.

İndisə yenidən qayıdaq Maska. Maskın riskə meylli və qeyri-ənənəvi idarəçilik üslubu Amerika kimi dövlətin sabitliyini poza bilər.

Digər bir tərəfdən onun fiskal siyasət və makroiqtisadiyyat sahəsində təcrübəsi yoxdur. Dövlət büdcəsini idarə etmək yüksək səviyədə makroiqtisadi bilik, fiskal siyasət və monetar mexanizmləri anlamağı tələb edir. Fiskal siyasət təkcə xərcləri azaltmaqdan ibarət deyil; iqtisadiyyatda balansı qorumaq üçün düzgün vergi siyasəti, sosial proqramların idarə edilməsi və borc dinamikasının nəzərə alınması tələb olunur.

Həmçinin Mask biznes qərarlarında çox vaxt aqressiv strategiya tətbiq edir. Dövlət idarəçiliində isə qısa müddətli qənaət tədbirləri uzunmüddətli iqtisadi və sosial problemlərə səbəb ola bilər.

Mask açıq fikirli və sərt ifadələri ilə tanınır. Amma dövlət rəhbrliyində siyasi balans, ictimai rəy və sosial məsuliyyət önəmlidir. Buna görə də Elon Maskın rəhbərlik tərzi və prioritetləri dövət büdcəsi və fiskal siyasəti idarə etmək üçün uyğun deyil. Maskın riskə meylli və eksperimental yanaşmaları burada ciddi problemlərə yol aça və uzun sabitliyi poza bilər. Bunu zamanla görəcəyik”.

News365.az

Seçilən
1
news365.az

1Mənbələr