İstanbuldan Giresuna gedən sərnişin avtobusu yük maşınına çırpılıb.
News24.az xəbər verir ki, qəzada sərnişin avtobusunun sürücüsü hadisə yerində həyatını itirib və avtobusda olan 16 sərnişin də yaralanıb.
Qəzadan sonra hadisə yerinə çox sayda təcili yardım, jandarma, xilasetmə və AFAD qruplar sövq edilib.
Yaralılar təcili yardımla müxtəlif xəstəxanalara aparılıb və müalicə olunub.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Günel Məlikzadə