AZ

Şəmkirdə və Lənkəranda yanğın oldu

Şəmkir rayonunda ümumi sahəsi 40 m² olan metal konstruksiyalardan ibarət qazanxananın içərisində həcmi 1,5 ton olan çəndə yağ qalıqları, bitişik ümumi sahəsi 1 ha olan istixananın polietilen üzlüyü 50 m² sahədə və 1 ədəd generator qismən yanıb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

İstixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Lənkəran şəhərinin Şağlaser kəndində ümumi sahəsi 40 m² olan tövlənin yanar konstruksiyaları 30 m² sahədə və içərisinə yığılan 1,5 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Zaqatala rayonunun Qımır kəndində ümumi sahəsi 180 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə və damında yığılan 5 ton ot bağlaması yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
8
teleqraf.com

1Mənbələr