AZ

Jurnalist Şəmşad Ağa SAXLANILDI

“Arqument.az” saytının rəhbəri Şəmşad Ağa “Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanılıb.

Viral.az xəbər verir ki, jurnalist qaçaqmalçılıqda ittiham olunur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov faktı “Report”a təsdiqləyib.

Son Yazılar:

Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi tərəfindən “Meydan TV” əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıb.

Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

Daha sonra Xətai rayon Məhkəməsi tərəfindən hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Seçilən
2
49
viral.az

10Mənbələr