Bakı. Trend:
Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyətgöstərən bankların qeyri-işlək kreditlərinin həcmi 655,1 milyonmanat olub.
Trend bubarədə Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata görə, qeyri-işlək kreditlərin həcmi əvvəlki illəmüqayisədə 40,9 milyon manat, yaxud da 6,7% artıb. Belə ki, 2023-cüilin sonunda Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-işləkkreditlərinin həcmi 614,2 milyon manat idi.
Qeyri-işlək kreditlərin 374.8 milyon manatı biznes kreditlərininpayına düşüb. Bu göstərici, əvvəlki illə müqayisədə 3,2 milyonmanat və ya 0,8% azdır. 2023-cü ildə qeyri-işlək kreditlərin bizneskreditlərinə düşən payı 378 milyon manat təşkil edib.
Hesabat dövründə qeyri-işlək kreditlərin 246,3 milyon manatıistehlak kreditlərinin, 34 milyon manatı ipoteka kreditlərininpayına düşüb ki, bu da, illik müqayisədə müvafiq olaraq 49,5 milyonmanat (25,2%) çox, 5,4 milyon manat (13,7%) azdır. Belə ki, 2023-cüildə eyri-işlək kreditlərin 196,8 milyon manatı istehlakkreditlərinin, 39,4 milyon manatı ipoteka kreditlərinin payınadüşüb.