İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-yə səfəri zamanı İsrailin öz gələcəyini təmin edəcəyini və bölgəyə sülh gətirəcəyini iddia edərək, Qəzzada baş verənləri bitirməli olduğunu müdafiə edib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Netanyahu bu barədə Ağ Evdə ABŞ prezidenti Donald Trampla birgə mətbuat konfransında danışıb.
“Siz Ağ Evdə İsrailin ən böyük dostusunuz”,- deyə Netanyahu Donald Trampa bildirib. İsrailin baş naziri Trampa İsrailin paytaxtı kimi Qüdsü tanımasını, ABŞ səfirliyini Qüdsə köçürməyi, Trampın ilk prezidentlik dövründə İsrailin Qolan təpələrini ilhaqını müdafiə etməsini xatırladıb.
O, bölgəyə sülh gətirmək məqsədilə Qəzzada baş verənləri bitirməli olduğunu vurğulayıb.
Əli Hüseynov