AZ

Macarıstan və Azərbaycan gömrük sahəsində əməkdaşlıqla bağlı saziş hazırlayır (ÖZƏL)

Bakı. Trend:

Macarıstan və Azərbaycan gömrük sahəsində əməkdaşlıq haqqındasazişin hazırlanmasının ilkin mərhələsindədirlər.

Bunu Trend-əözəl müsahibəsində Macarıstanın Milli Vergi və GömrükAdministrasiyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbərininmüavini Juja Keçkeş bildirib.

“İki ölkənin gömrük administrasiyaları arasında artıq əməkdaşlıqhaqqında razılaşma var, lakin hələlik hazırlanmasının başlanğıcmərhələsindədir. Planlaşdırılan sazişin əsas məqsədi – bizimölkələrin iqtisadi, fiskal, sosial, mədəni və kommersiyamaraqlarına zərbə vuran gömrüklə bağlı qanun pozuntularınınqarşısının alınması, araşdırılması və dayandırılması üçün gömrükorqanları arasında əməkdaşlığı inkişaf etdirmək vəmöhkəmləndirməkdir.

Biz ona əminik ki, gömrük xidmətləri arasında sıx və operativəməkdaşlıq gömrük fırıldağı ilə daha effektiv mübarizə aparmağımızaimkan yaradacaq. Bundan başqa, bizim gömrük orqanlarımız arasındabu sahədə bilik, təcrübə və qabaqcıl praktikaların mübadiləsininəhəmiyyətini də vurğulamaq vacibdir”, - deyə o bildirib.

Keçkeş Macarıstanın vergi və gömrük administrasiyasınınnümayəndə heyətinin bu il Azərbaycana səfər edəcəyini dəaçıqlayıb.

“Təəssüflər olsun ki, ötən il Macarıstanın Avropa İttifaqınasədrliyi çərçivəsində yaranmış vəziyyətlə əlaqədar biz AzərbaycanınDövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun dəvətini qəbul edəbilməmişdik. Lakin bu il biz yüksək səviyyəli ikitərəfli görüşkeçirmək məqsədilə mütləq Azərbaycana səfər edəcəyik”, - deyə obildirib.

Keçkeşin sözlərinə görə, səfərin əsas məqsədi ikitərəfliəməkdaşlığın icmalının aparılması, görülən işlərinqiymətləndirilməsi və gələcək qarşılıqlı fəaliyyətin əsasməsələlərinin müzakirə olunmasıdır.

X: @Lyaman_Zeyn

Məqalədə:
Seçilən
6
1
az.trend.az

2Mənbələr