AZ

Keçiddə piyadanın olduğunu görə-görə dayanmadan sürüb getdi - VİDEO

Bakıda yol hərəkəti qaydasını pozan sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 3-də, Beynəlxalq Avtovağzalın qarşısında qeydə alınıb.

Belə ki, 99-BX-258 qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobilin sürücüsü keçidi keçməyə başlayan qadına yol vermədən hərəkətinə davam edib. Videodan da aydın şəkildə görünür ki, piyada öncədən keçidə daxil olaraq avtomobillərin dayanmasını gözləyir. Çox təəssüf ki, sürücü həmin vəziyyəti düzgün qiymətləndirməyərək qaydaları pozub.

 

Fərid

Seçilən
1
avtosfer.az

1Mənbələr