AZ

Nalqranyan üsyan etdi: “Ermənilərə Stalin lazımdır”

Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı daxili narazılıq getdikcə güclənir.

Turkustan.az xəbər verir ki, Paşinyanın sosial məsələlərlə bağlı qərarları, həmçinin “erməni soyqırımı”, himnin dəyişdirilməsi, Azərbaycanla sülh prosesi ilə bağlı açıqlamaları ermənilər tərəfindən tənqidlə qarşılanır.

Son olaraq ictimai nəqliyyatın qiymətinin artırılması ölkədə ciddi narazılığa səbəb olub. Hətta vətəndaşların bir qismi boykot məqsədi ilə avtobuslardan ödənişsiz istifadə etməyə başlayıb. Lakin erməniləri ən çox qəzəbləndirən məsələ baş nazirin “erməni soyqırımı” iddiaları ilə bağlı çağırışıdır. Paşinyan bu məsələnin araşdırılmalı olduğunu bildirib və 1950-ci illərdə Türkiyənin NATO-ya qoşulması əleyhinə bir həmlə adlandırıb.

Şirak vilayətinin Artik bölgəsinin sakini Artur Nalqranyanın baş nazir haqqındakı sözləri isə maraqla qarşılanıb. O, Ermənistanın dirçəlməsi üçün keçmiş SSRİ-nin lideri İosif Stalin kimi bir liderə ehtiyac olduğunu bildirib:

“Paşinyan çıxışlarında real gündəmdən uzaqlaşır. O, vacib mövzulardan yayınaraq xırda məsələlərə diqqət çəkir. Müharibə şəraitindəki ölkələr belə məqamlara ilişib qalmırlar. Ermənilərə Stalin kimi bir lider lazımdır. Biz ancaq o zaman ayağa qalxa bilərik”. /globalinfo.az/

Seçilən
6
turkustan.az

1Mənbələr