Bakı. Trend:
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli,qeyri-sabit keçməsi ilə əlaqədar SOCAR-ın “Azneft” İB-ninistehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu barədə Trend-ə SOCAR-dan bildirilib.
Qeyd olunub ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb,əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçünmüvafiq tədbirlər görülüb. Bununla yanaşı, bütün sahələrdəmaarifləndirmə işləri aparılır, dənizdə yerləşən bir sıraistehsalat sahələrindən təxliyyələr olunub, mövcud vəziyyətnəzarətdə saxlanılır.