AZ

Fransa qəzeti: “İranı sosial xaos gözləyir” 

Busaat.az xəbər verir ki, Fransanın “La Croix” qəzeti yazıb ki, İranda iqtisadi problemlər və dolanışıq böhranı İran hökumətinin rəsmilərinə qarşı ictimai qəzəbin artmasına səbəb olub və bu qəzəb sosial iğtişaşlarla doludur. Bildirilib ki, hökumət qaz, işıq kimi ən sadə xidmətləri belə çətinliklə təmin edə bilir.
Qəzetdə yazılana görə, belə şəraitin təhlükəsi sosial xaosun, ictimai narazılığın və etirazların yaranması, iqtisadi iflas, valyutanın kəskin dəyişməsidir.
24 yaşlı iranlı tələbə qəzetə bildirib ki, insanlar yaşayış xərclərini ödəyə bilmirlər. Onun sözlərinə görə, gənclərin gələcəyi ilə oyanayan İran hökumətinin rəsmiləri iqtisadi çöküşdə günahkardırlar.

Seçilən
1
busaat.az

1Mənbələr