Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-işlək kreditlərinin həcmi 655,1 milyon manat olub.
Kommersant.az bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata görə, qeyri-işlək kreditlərin həcmi əvvəlki illə müqayisədə 40,9 milyon manat, yaxud da 6,7% artıb. Belə ki, 2023-cü ilin sonunda Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-işlək kreditlərinin həcmi 614,2 milyon manat idi.
Qeyri-işlək kreditlərin 374.8 milyon manatı biznes kreditlərinin payına düşüb. Bu göstərici, əvvəlki illə müqayisədə 3,2 milyon manat və ya 0,8% azdır. 2023-cü ildə qeyri-işlək kreditlərin biznes kreditlərinə düşən payı 378 milyon manat təşkil edib.
Hesabat dövründə qeyri-işlək kreditlərin 246,3 milyon manatı istehlak kreditlərinin, 34 milyon manatı ipoteka kreditlərinin payına düşüb ki, bu da, illik müqayisədə müvafiq olaraq 49,5 milyon manat (25,2%) çox, 5,4 milyon manat (13,7%) azdır. Belə ki, 2023-cü ildə eyri-işlək kreditlərin 196,8 milyon manatı istehlak kreditlərinin, 39,4 milyon manatı ipoteka kreditlərinin payına düşüb.