AZ

Ronaldo onu "yeni Zidan" adlandırdı

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo sabiq klubu "Real"ın 21 yaşlı yarımmüdafiəçisi Cud Bellinqem haqqında danışıb.

Publika.az xəbər verir ki, o, ingilis futbolçunun oyun səviyyəsini yüksək qiymətləndirib və onu "yeni Zidan" adlandırıb:

“Bellinqem üçün qarşıda çox uzun bir yol var. O, mənə Zinəddin Zidanı xatırladır. Zidan dahi idi, əla oyunçu idi. Bellinqem indi 21 yaşındadır, onu tam bir gələcək gözləyir. O, ulduz olacaq".

Qeyd edək ki, Bellinqem bu mövsüm klubunun heyətində 30 oyuna çıxıb, 10 qol vurub və 10 məhsuldar ötürmə edib.

Seçilən
2
publika.az

1Mənbələr