Azərbaycanda daha bir nizamnamə kapitalı 1 milyon manat olan yeni bank olmayan kredit ittifaqı yaradılıb.
Banker.az xəbər verir ki, bu, Bank Olmayan Kredit Təşkilatı ?ForFinance? Məhdud Məsuliyyətli Cəmiyyətidir.
BOKT “ForFinance” yanvar ayında Abşeron Rayonu, Masazır, İstiqlaliyyət, ev 54, m. 41 ünvanında dövlət qeydiyyatına alınıb.
Onun direktoru Azər Azadov Fikrət oğludur.
Azərbaycanda BOKT-lərə lisenziyanı Azərbaycan Mərkəzi Bankı təqdim edir. Son ildə bir neçə bank olmayan kredit təşkilatı təsis edilsə də Mərkəzi Bank onlara hələ ki, kredit bazarında qanunla iştirak üçün çıxış imkanını təmin edən lisenziyanı təqdim etməyib.
Mərkəzi Bankın son dəyişikliyinə əsasən, BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılıb. Belə ki, kapital tələbi kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün 300 min manatdan 1 milyon manata, qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün isə 30 min manatdan 100 min manata çatdırılıb. İndiyə qədər qüvvədə olan kapital tələbi ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının 7 iyul 2017-ci ildə təsdiqlədiyi “Bank olmayan kredit təşkilatlarının prudensial tənzimlənməsi Qaydaları”nda öz əksini tapmışdı.
Xatırladaq ki, AMB keçən il üç BOKT-yə — ?PAYONİX BOKT? MMC, ?E-Kredit BOKT? MMC (Naxçıvanbank-ın hüquqi varisi) və ?İRŞAD BOKT? MMC-yə lisenziya təqdim edib.