AZ

Satoşi Nakamotonun "Bitcoin" sərvəti - Araşdırma

"Bitcoin"in anonim yaradıcısı Satoşi Nakamoto minlərlə cüzdanda saxladığı kriptovalyuta ilə 100 milyard dollardan çox sərvətə sahibdir.  

Valyuta.Az xəbər verir ki, "Blockchain" izləmə platforması "Arkham"ın məlumatına görə, 4 fevral tarixinə Nakamotonun məlum "Bitcoin" ("BTC") ehtiyatı 1 096 354 token təşkil edir ki, bu da 100 milyard dollar dəyərindədir.  

Zəncir üzərində (on-chain) təhlil aparan "Arkham" bildirib ki, Satoşinin "Bitcoin" ehtiyatı 22 000-dən çox cüzdan ünvanına yayılıb. İllər ərzində bir çox analitiklər "Bitcoin"in yaradıcısının minlərlə "BTC" cüzdanını idarə etdiyini təxmin edirdi.  

"Arkham" bu cüzdanları Nakamoto ilə əlaqələndirmək üçün "Patoshi Pattern" adlanan və "Bitcoin"in sirli yaradıcısı tərəfindən istifadə edilən xüsusi mədənçilik üsulundan yararlanıb. Şirkət, həmçinin Satoşinin "Bitcoin" xərcləmək üçün istifadə etdiyi yeganə məlum ünvana da istinad edib.  

Satoşi Nakamotonun ixtirası kriptovalyuta bazarına hakimdir

Satoşi Nakamoto 2008-ci ilin oktyabrında məşhur "BTC" ağ kağızını (white paper) dərc edərək bu rəqəmsal aktivin əsaslarını və dünyanın onun mərkəzləşdirilməmiş şəbəkəsinə necə qoşula biləcəyini açıqladı.  

16 il sonra "Bitcoin" 2 trilyon dollarlıq bazar kapitallaşması ilə dünyanın ən böyük 10 aktivindən birinə çevrilib. "BTC" hazırda ümumi kriptovalyuta bazarının 61%-dən çoxunu təşkil edir.

Özəl şirkətlər, hökumətlər və ştatlar "Bitcoin" toplamağa maraq göstərir. Bu tendensiya ABŞ prezidenti Donald Trampın "Bitcoin"ə dəstək verməsi və onu təşviq edən siyasətlər yürütməsi ilə daha da güclənib.  

ABŞ-nin 15 ştatı ya "Bitcoin" ehtiyatlarının yaradılması ilə bağlı qanunlar təklif edib, ya da bu barədə müzakirələr aparır. Vaşinqton da milli strateji "BTC" ehtiyatının yaradılmasını planlaşdırır. Eyni zamanda, "Wall Street"də "Bitcoin"ə investisiya qoyan birja fondları ("ETF"lər) fəaliyyət göstərir. Bu "spot BTC ETF"ləri ABŞ birjalarında ticarətə başladığı ilk il ərzində investorlar tərəfindən 110 milyard dollardan çox vəsait cəlb edib ki, bu da Satoşi Nakamotonun minlərlə cüzdanda saxladığı sərvətdən daha çoxdur.

Rəhim

Seçilən
3
valyuta.az

1Mənbələr